“Bu silahlar döyüşlərin xarakterini dəyişdirə bilər” - Zelenski

bu-silahlar-doyuslerin-xarakterini-deyisdire-biler
Oxunma sayı: 2735

“Ukraynanın ehtiyac duyduğu silahların tədarükü döyüşlərin xarakterini dəyişdirə və işğalçıların Ukrayna ərazisindən çıxarılmasını sürətləndirə bilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

“Neçə vaxtdır ki, bunun üçün mübarizə aparırıq. Bu aqressiyanı dayandırmaq üçün bütün silahlara, o cümlədən MLRS-lə (birdən çox reaktiv yaylım atəşi sistemləri - red.) ehtiyacımız var. Əminik ki, səylərimiz sayəsində hələ də səsimiz eşidiləcək” – Zelenski qeyd edib.

Zelenski həmçinin qeyd edib ki, Qərb tərəfdaşlarının əvvəllər buna son qoymaq və “İndi Rusiya həqiqətən də Ukraynaya, Avropa Birliyinə və azadlığa qarşı etdiklərinin tam qiymətini hiss edəcək” demək üçün çox imkanları olub.