Bu silahların cinayətdə istifadə olunub-olunmaması yoxlanacaq

bu-silahlarin-cinayetde-istifade-olunub-olunmamasi-yoxlanacaq
Oxunma sayı: 1114

Şəmkir rayonunda 5 sakindən silah-sursat aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, rayon sakini, Fikrət Bağırovdan 1 ədəd “BROWNING S PATENT” markalı, 6.35 kalibirli, istifadəyə yarlı tapança aşkar edilərək götürülüb.

Şəmkir RPŞ əməkdaşları tərəfindən rayonun Bayramlı kənd sakini, əvvəllər məhkum olunmuş Arzuman Abdullayevin də müvafiq sənədləri olmadan, tək lüləli, 16 kalibirli və istifadəyə yararlı “İJ” markalı tüfəng saxlaması aşkar edilib.

Həmçinin, Zəyəm-Cırdaxan kənd sakini Qənbər Hüseynovdan  bir ədəd heç bir sənədi olmayan “ATM” markalı, 16 kalibirli tüfəng aşkar edilib. Qanunsuz ov edən Asif Nəbiyev də barəsində qanunamüvafiq tədbir görülüb. Belə ki, onun heç bir müvafiq sənədi olmadan 32 kalibirli, qoşa lüləli tüfənglə ovçuluqla məşğul olması aşkar edilib.

Rayonun Keçili kənd sakini Cahangir Məmmədovun da sənədsiz “İJ” markalı 16 kalibirli ov silahı RPŞ əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Silahların hər-hansı bir cinayətdə istifadə olunub-olunmaması öyrənilməsi üçün ekspertizaya göndərilib. Faktlarla bağlı Şəmkir RPŞ-nin İstintaq və Təhqiqat  Bölməsində Cinayət  Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.