Bu şirkətin lisenziyası ləğv edildi

bu-sirketin-lisenziyasi-legv-edildi
Oxunma sayı: 1313


“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki,  Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən “Era Trans Sığorta” şirkətində aparılmış yoxlama nəticəsində müəyyən olunmuş nöqsan və çatışmazlıqlarla əlaqədar ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi Maliyyə Nazirliyinin 25.11.2014-cü il tarixli əmri ilə 6 ay müddətinə dayandırılmışdı.

Lakin ASC-nin lisenziyasının qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmasını müəyyən olunmuş müddətdə təmin etməməsi ilə əlaqədar, “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.2-ci maddələrinin tələblərinə uyğun olaraq, ASC-yə 01.06.2009-cu il tarixdə sığorta fəaliyyətinə verilmiş lisenziya Maliyyə Nazirliyinin 09.06.2015-ci il tarixli əmri ilə ləğv ediib.