“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, MHP-nin bu seçkidən uğurla çıxdığını deyən Baxçalı onu və partiyasını dəstəkləyən hər kəsə təşəkkürünü bildirib. Parlamentdə qurulacaq mümkün koalisiya hökumətlərini də dəyərləndirən Baxçalı ironik tərzdə hökumət üçün bəzi təkliflər də irəli sürüb. AKP ilə qurulacaq koalisiya ehtimalı barədə bütün qapıları bağlayan Baxçalı gediləcək ən doğru yolun vaxtından əvvəl seçki olacağını deyib: “Heç bir partiya təkbaşına hökumət quracaq çoxluğu əldə edə bilmədi. İftiraçıların bütün cəhdlərinə baxmayaraq gücümüzə güc əlavə olundu. Türkiyəni heç kimə təslim etməyəcək millətçi iradə effektiv şəkildə TBMM-də təmsil olunacaq. Hamıya təşəkkürümü bildirirəm.
Prezident hökuməti qurmaq vəzifəsini kiməsə verə bilər. Bu, cənab Davudoğlu olmalıdır. Davudoğlu məclisdə olan partiyalarla necə işləyəcəyini müzakirə etməlidir. Bir koalisiya hökumətinə ehtiyac varsa bu uyğun bir koalisiya olmalıdır. AKP uyğunluğu “Sülh prosesi”ində axtarır. İlk koalisiya AKP - HDP arasında qurulmalıdır. İkisi arasında olan əməkdaşlığı gizlətmək, bir təzyiqə başqa partiyaları qatmaq siyasi əxlaqsızlıqdır.
“Sülh prosesi” ilə maraqlanan AKP-CHP-HDP-ni də bir araya gətirmək olar. AKP-HDP koalisiyası 337 millət vəkilindən dəstək ala biləcək bir koalisiya modelidir.
AKP-CHP-HDP-ni əsas götürsəniz 469 millət vəkilindən ibarət geniş bir koalisiya hökuməti olar. Belə bir quruluşun qarşısında MHP şərəfi və ləyaqəti ilə çox gözəl bir anamüxalifət vəzifəsini öhdəsinə götürməyə hazırdır.
Bütün bunlardan heç bir nəticə hasil olmasa ən yaxın nə vaxt mümkün olsa, vaxtından əvvəl seçki keçirilər”.
Son xəbərlər
Son Xəbərlər