“Füzuli Rayon Hərbi Komissarlığına getdim, ordan verilən arayışı Akademik Zərifə Əliyeva adına Milli Oftalmoloji Mərkəzin Hərbi-tibbi Müəssisəsinə təqdim etdim. Yoxlama həyata keçirildi və nəticə yenə də əvvəlki illərdəki ilə eyni çıxdı. Buna uyğun olaraq hərbi-tibbi komissiya tərəfindən sağlamlıq vəziyyəti ilə bağlı akt tərtib edilərək mənə təqdim edildi. Aktı Füzuli Rayon Hərbi Komissarlığına təqdim etdim. 20 gündən sonra mənə komissarlıqdan zəng edərək hərbi xidmətə yararlı olduğumu və Füzuli rayonuna gələrək Hərbi Komissarlığa yaxınlaşmalı olduğumu dedilər".
Aktual.az-a daxil olan məlumata görə, məsələ ictimailəşəndən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli Rayon Şöbəsi Ramin Hacılı hərbi xidmətə cağırmaqdan imtina edib. R.Hacili faktı Aktual.az-a təsdiqləyib:
"Məsələ medianın gündəminə gəldikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli Rayon Şöbəsindən zəng edib bildirdilər ki, yanlışlıq olub və bu yanlışlıq tezliklə aradan qaldırılacaq. Bildirdilər ki, gələn həftə gəlib hərbi biletimi götürə bilərəm. Bu onu göstərdi ki, məni əsgər aparmaq məsələsi siyasi hakimiyyətin sifarişi deyil. Kiçik bir anlaşılmazlıq idi və tezliklə də aradan qalxdı".
Son xəbərlər
Son Xəbərlər