Bu smartfonların istehsalı və satışı dayandırılır

bu-smartfonlarin-istehsali-ve-satisi-dayandirilir
Oxunma sayı: 2191

“TCL Communication” şirkəti “BalckBerry” markalı smartfonların istehsalını və satışını dayandırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “BlackBerry Mobile”ın Tvitter səhifəsində yazılıb.

Smartfonların satışı bu il avqustun 31-də bitəcək. Şirkət nümayəndələri indiyədək bu markadan istifadə edən müştərilərinə minnətdarlıq ediblər.