“Bu sözlər nazirlərin qulaqlarına girsin...”

bu-sozler-nazirlerin-qulaqlarina-girsin
Oxunma sayı: 652

Lent.az-ın verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov büdcənin müzakirə olunduğu iclasda nazirlərin çoxunun iştirak etməməsinin parlamentə və büdcəyə hörmətsizlik olduğunu söyləyib: “Bu sözlər onların qulaqlarına, beyinlərinə girsin. Ən azı burada səslənən təklifləri eşitmək onların vəzifə borclarıdır”.

Əli Əhmədov bildirib ki, büdcə sadəcə, rəqəmlər deyil, arxasında müdrik siyasət durur: “Burada tənqidlər səsləndirildi ki, niyə filan şeylər olmayıb. Bunlar arzulardır. Ancaq nə büdcəni arzularla formalaşdırmaq, nə də iqtisadiyyatı arzularla inkişaf etdirmək olar. Bu gün iqtisadi böhranla üzləşən Amerika və Avropa ölkələri arzulamır ki, bu böhranı aradan qaldırsınlar?! Bacarmırlar, arzu var. Ataların bir deyimi, ağıllı insanlar düşdükləri vəziyyətdən çıxış yolu tapır, müdriklər belə vəziyyətə düşmürlər. Azərbaycan 2008-ci ildə böhranla üzləşmədisə, bu, müdriklikdən xəbər verir. Bunun bir sübutu da bu gün müzakirə etdiyimiz büdcə layihəsidir”.