Topaz Premyer Liqasının 2015/2016- cı il mövsümündә yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, "Rәvan" - "Xәzәr Lәnkәran"la qarşılaşıb.
2:2 hesabı ilә başa çatan matçdan sonra cәnubluların baş mәşqçisi Ağadadaş Hәmidov matçla bağlı fikirlәrini bildirib: "Uşaqlara tapşırmışdım ki, baxımlı oyun oynamayacağıq. Bizә nәticә lazımdır. 2:0 udurduq. İlk qolu rәqib bizim sәhvimizdәn vurdu. Amma penalti epizoduna baxın. Belә olmaz. Hәtta futbolçularım ağlaya-ağlaya deyirdi ki, hakim bizi tәhqir edirdi. Belә olmaz".
“Düşünmürsüz ki, komandanı sonrada meydana qaytarmaq lazım deyildi?” sualına mışqçi belə cavab verib:
“Fikrimcә, düzgün olmazdı. Hamı bizi tәnqid edәrdi”.
Klubun mәtbuat xidmәtinin rәhbәri Hüseyn Cәbrayıloğlu da fikirlәrini bildirib:
""Xәzәr Lәnkәran"ı çempionatdan göndәrmәk üçün hәr şey etdilәr. Bizim güclü vaxtlarımızda belә bizi sıxırdılar. Hakimlәr bizә qarşı qәrәzli oyun idarә edirdilәr. 11 ildir ki, komandamız Azәrbaycan futboluna xidmәt edib. Deyirlәr ki, AFFA bizә yardım etmәk istәyir. Belә bir şey olmayıb. Rәsmi müraciәt edәn dә olmayıb. Qәrarımızı açıqlayacağıq. Ümidverici heç nә yoxdur".
Son xəbərlər
Son Xəbərlər