Bu stansiyalarda əlavə yükləmə terminalları yerləşdirildi - Foto

bu-stansiyalarda-elave-yukleme-terminallari-yerlesdirildi
Oxunma sayı: 893

Bakı metropoliteni stansiyalarında “BakıKart” terminallarının yerləşdirilməsi və əlavə zəruri tədbirlər müəyyən edilib.

Bu barədə “Qafqazinfo”ya “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, “Sahil” və “28 May” stansiyalarında zəruri ehtiyac yarandığından, “BakıKart” plastik kartlarının yüklənməsi ilə bağlı metro istifadəçisi olmayan sərnişinlərin rahatlığını təmin etmək məqsədilə girişlərə yaxın olan texniki zonaların hər birində əlavə 2 ədəd yükləmə terminalları yerləşdirilib.

Qeyd olunub ki, hazırda digər istiqamətlər və məsələlər üzrə monitorinqlər və tədbirlər davam etdirilir.

Bununla yanaşı, birgə fəaliyyət çərçivəsində gediş haqqının yeni ödəmə üsulları və imkanlarının, karta vəsaitin daha çeşidli vasitələrlə yüklənməsi, elektron imkanların yeni tətbiqlərlə genişləndirilməsi və s. istiqamətlərdə işlər görülür.