Bu stansiyalardakı məhdudiyyət aradan qaldırıldı

bu-stansiyalardaki-mehdudiyyet-aradan-qaldirildi
Oxunma sayı: 1497

Bənövşəyi xəttin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə “Qafqazinfo”ya “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, sentyabrın 6-dan “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyalarında sərnişinlərin girişinə 30 dəqiqə daha tez, saat 23:30-da bağlanaraq, qatarların hərəkətinə məhdudiyyət qoyulmuşdu. Həmin işlərin birinci mərhələsi yekunlaşdırıldığından stansiyalara girişə qoyulmuş məhdudiyyət tam aradan qaldırılıb.

Sərnişinlər adi iş rejimi qaydasında Bənövşəyi xəttin stansiyalarının xidmətindən istifadə edə bilərlər. Xətt üzrə “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyaları hər gün saat 24:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.