“Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında imzaladığı fərmanın böyük əhəmiyyəti var”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı deyib. Millət vəkili qeyd edib ki, bu fərman həm məcburi köçkünlərə, həm ümumilikdə ölkəmizə faydalı olacaq:
"Hər şeydən əvvəl, müvafiq şəxslər konkret olaraq onlara hər ay dövlət büdcəsindən ayrılan vəsaiti bilavasitə özləri alacaq və xərcləyəcəklər, ailə büdcələrinə nəzarət edəcəklər və həmin vəsaitin artıq qalanından da istədikləri kimi istifadə edəcəklər. Bu fərmanın həyata keçirilməsi məcburi köçkün adından istifadə edən bəzi şəxslərin sui-istifadə etmələrinə əngəl olacaq, qaz, su və elektrik enerjisi israfının qarşısını alacaq. Müvafiq hökumət qurumları qaz və elektrik enerjisi sahəsində istehsal və istehlakın dəqiq uçotunu apara və gələcək inkişaf planlarını müəyyənləşdirə biləcəklər. Bütövlükdə bu fərman həm məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə, həm də bütün ölkəyə faydalıdır".
Son xəbərlər
Son Xəbərlər