“Bu, sülh deyil” - Podolyak

bu-sulh-deyil
Oxunma sayı: 2992

“Bu, sülh deyil, müharibənin dondurulmasıdır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu  Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak bildirib.

O, Çinin Rusiya-Ukrayna müharibəsi üçün təklif etdiyi sülh planını dəyərləndirib:

“Atəşkəs və yeni sərhəd xəttini nəzərdə tutan istənilən sülh planı Ukrayna ərazisində işğal və rus soyqırımını davam etdirəcək. Bu, sülh deyil, müharibənin dondurulmasıdır. Ukraynanın məğlubiyyəti rus soyqırımının növbəti mərhələləridir”.

Qeyd edək ki, rəsmi Pekinin Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində 12 maddəlik sülh planı var.