“Badamdar sürüşmə sahəsinə tərəfimizdən baxış keçirilib”.
Bunu “Qafqazinfo”ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin qrup rəhbəri Rafiq Həsənov Badamdar sürüşmə zonası ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əraziyə baxış zamanı müəyyənləşdirilib ki, 28 yavvar 2021-ci ildə ərazidə baş vermis sürüşmə hadisəsi nəticəsində axıb gəlmiş sürüşmə kütləsinin təbii amillər, əsasən də, son zamanlar atmosfer yağıntılarının təsirindən yerini dəyişməsi qeydə alınıb.
“Əslində, qruntun yerdəyişməsi sürüşmə prosesinin aktivləşməsi kimi qiymətləndirilməməlidir. Bu, sadəcə olaraq, dağınıqlığı pozulmuş süxur kütləsinin yerdəyişməsidir”.
Son xəbərlər
Son Xəbərlər