Azərbaycan Dövlət Musiqili Teatrında müəllifləri O. Zülfüqarov və R. Heydər olan “Dəcəl çəpişlər” iki hissəli musiqili nağıl-tamaşası 65-ci dəfə nümayiş olunacaq.
Qurumun mətbuat xidmətindən "Qafqazinfo"ya bildirib ki, balaca tamaşaçıların hər zaman böyük diqqət və maraqla izlədiyi bu səhnə əsərinin premyerası 16 may 2015-ci ildə keçirilib.
“Dəcəl çəpişlər”in 65-ci nümayişi isə 20 fevral tarixində baş tutacaq. “Dəcəl çəpişlər” iki hissəli musiqili nağıl-tamaşası Azərbaycanın əbədiyaşar sənətkarlarından biri olan Mikayıl Müşfiqin məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinin motivləri əsasında hazırlanıb.
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyevdur. Tamaşada rolları Güldanə Əzimova, Elçin İmanov, Gülnarə Abdullayeva, Şaban Cəfərov, Mehriban Zalıyeva, Əmrah Dadaşov, Fərid Rzayev, Elnarə Nağdəliyeva, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Gülçöhrə Abdullayeva və Elməddin Dadaşov ifa edirlər.
Son xəbərlər
Son Xəbərlər