Bu tarixdə ilin II Ay tutulması olacaq

bu-tarixde-ilin-ii-ay-tutulmasi-olacaq
Oxunma sayı: 2643

2024-cü ilin 2-ci Ay tutulması sentyabrın 18-də baş verəcək. Bu, qismən Ay tutulması olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, Bakı vaxtı ilə saat saat 04:41:02-də yarımkölgəli tutulma başlayacaq, saat 08:47:18-də sona çatacaq.

Tutulmanın maksimumu sentyabrın 18-i saat 06:44:10-da baş verəcək. Saat 06:12:48-də qismən tutulma başlayacaq və saat 07:15:35-də sona çatacaq. 

2024-cü ilin 2-ci qismən Ay tutulmasını Şimali və Cənubi Amerika, Antarktida, Afrika, Avropa, Qərbi Asiya və Rusiyanın cənub-qərbi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdən müşahidə etmək mümkün olacaq.

Azərbaycan ərazisində səhər saatlarında saat 04:41-dən 06:19-a kimi yarımkölgəli Ay tutulması müşahidə ediləcək.