“Bu, tarixi baxımdan yanlışdır” - - Arif Hacılıdan

bu-tarixi-baximdan-yanlisdir-
Oxunma sayı: 1252


“Qafqazinfo” xəbər verir ki, partiya başqanı sosial şəbəkədə yazıb ki, Avropa Parlamentinin "erməni soyqırımı" ilə bağlı qərarı elmi, tarixi baxımdan yanlış, siyasi baxımdan çox zərərlidir: “Bu qərar Avropa Birliyinin nüfuzuna sarsıdıcı zərbədir. Ermənistanın bu günkü işğalçılıq siyasətinə dolayısı ilə haqq qazandırmaqla yanaşı, Qarabağ probleminin diplomatık üsullarla həlli yolunda daha bir maneə yaradır. İndiki həssas məqamda konfessiyalararası etimadı azaldır. Avtoritar rejimlərin qərbin ikili standartlar tədbiq etdiyi barədə təbliğatına əsas verir. Avropa Parlamentinin bu qərarı həm də təhlükəsiz dünya, dincyanaşı yaşama, tolerantlıq kimi zəruri dəyərlərin inkişafına zərbədir”. 

Günel Türksoy