“Bu tarixi şansı qaçırmayın”

bu-tarixi-sansi-qacirmayin
Oxunma sayı: 3427

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefon danışığı aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Şarl Mişel “X”də yazıb:

“Kobaxidze ilə telefon danışığında Gürcüstanda baş verən son hadisələri müzakirə etdim və ölkələrinin Avropa gələcəyini birinci yerə qoyan bütün gürcülərə Aİ-nin tam dəstəyini bir daha vurğuladım”.

O bildirib ki, Gürcüstan vətəndaşlarının açıq demokratik və plüralist cəmiyyət çağırışına qulaq asmaq lazımdır:

“Ölkənin indi həqiqi dialoqa ehtiyacı var. Gürcüstanın gələcəyi Aİ-yə məxsusdur. Bu tarixi şansı qaçırmayın”, – Aİ Şurasının Prezidenti qeyd edib.