Bu tarixlərdə döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək

bu-tarixlerde-doyus-sursatlarinin-utilizasiyasi-heyata-kecirilecek
Oxunma sayı: 1857

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirilib ki, döyüş sursatlarının utilizasiya prosesi 26 - 30 aprel tarixlərində Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.