“Qafqazinfo” milliyet-ə istinadən xəbər verir ki, bu həftə moda yarışmasının finalı baş tutacaq, ekranlara vida edəcək. Bu addım fenomen müsabiqənin reytinq qurbanı olduğu üçün atılıb. Belə ki, Türkiyə üzrə son reytinq hesabatlarında rəqibləri TV 8-də yayımlanan “İşte Benim Stilim” dəb müsabiqəsi sıralamada 27-ci yerdə qərarlaşıb. Show TV-də yayımlanan “Bu tarz benim” isə ilk yayım vaxtları 46, sonra 50, indi isə 63-cü sırada öz yerini tapıb.
Məhkəmə qərarı ilə yarışmanın format hüququ TV 8-ə verildikdən sonra reyinqtlərin düşməsi daha çox gözə çarpıb.
Qeyd edək ki, eyni format və adla yayımlanan müsabiqə TV-lər arasında mübahisəyə səbəb olmuş, məhkəmə qərarı ilə format hüququ TV 8-ə verilmişdi. Show TV-də isə formatı dəyişmiş, qadınlarla bərabər kişilərində müsabiqədə iştirak edəcəyini açıqlamışdı. TV 8-də yayımlanan verlişin adında isə dəyişiklik olmuşdu.
Son xəbərlər
Son Xəbərlər