“Bu tarz benim”in yayımı dayandırıldı- - Məhkəmə qərarı

bu-tarz-benimin-yayimi-dayandirildi-
Oxunma sayı: 5546


“Qafqazinfo” milliyet-ə istinadən xəbər verir ki, eyni ad, eyni formatda, ancaq fərqli kanallarda(Show TV və TV 8) yayımlanan moda yarışması barədə məhkəmə qərar verib.

Qərara görə, Show TV-də yayımlanan “Bu tarz benim” verilişi yayımını dayandıracaq. Eyni zamanda məhkəmə Show TV-yə  bu addan istifadə etməyə icazə versə də, ancaq moda, geyim, trend və.s kimi formatda verilişin yayımından məhrum edib.

Qeyd edək ki, “Production House”  “Bu tarz benim” moda yarışmasının yayımını Show TV-də yox, TV 8-də yayımlanmağa başlamışdı. Bu isə kanal rəhbərliyi tərəfindən normal qarşılanmamışdı.Bununla da, eyni ad və loqoda, fərqli kanallarda yarışma yayımlanmağa başlamışdı. Hər iki tərəf isə məhkəməyə müraicət etmişdi.