Bu təhsil işçiləri də şəhid olub... - Foto

bu-tehsil-iscileri-de-sehid-olub
Oxunma sayı: 4180

Daha iki təhsil işçisi Vətən müharibəsində şəhid olub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov öz feysbuk səhifəsində paylaşım edib. 

Qəhrəman döyüşçülərimizdən biri Cəlilabad rayonu Fərzili kənd ümumi orta məktəbinin kimya-biologiya müəllimi Tural Rəhimovdur. O, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. 

Digər şəhidimiz isə Saatlı Rayon Təhsil şöbəsinin əməkdaşı Xalid Nəciyevdir.  O, ordu sıralarına leytenant kimi qatılıb və torpaqlarımızın düşməndən təmizlənməsi əməliyyatlarında iştirak edib. 

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadə sosial şəbəkədə şəhid Xalid Nəciyevlə bağlı paylaşım edib:

"Xalidi çox istəmək lazım deyildi ki. Xalid elə özü qazanırdı bu sevgini, bu hörməti, bu istəyi. Uzun zamandı gözləyirdik, xəbərini gözləyirdik – qayıdacaq, işinin başına dönəcək deyə. Amma baş leytenant canından çox sevdiyi Vətən torpağını işğaldan azad edərkən şəhid olub – Elə indicə eşitdiyim bu xəbər o qədər sarsıtdı ki, o qədər parçaladı içimi... Sözlə ifadə edə bilmirəm...

Vətən və Bayraq uğruna can verən şəhidim, gözəl insan, dəyərli həmkarım, sən gedərkən halallıq istəmişdin. İndi sən halal et haqqını bizlərə!"

Gülnar Əliyeva