“Kaspi Təhsil Şirkəti”nin Məktəbəqədər Təhsil Departamenti ilə Progress Klubun əməkdaşlığı çərçivəsində 14 Fevral Kitab Bağışlama Günü ilə bağlı aksiya keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinin dəstəyi ilə baş tutan sosial aksiyada məqsəd “Mən oxudum - sən də oxu” arzusunu reallaşdırmaq, imkansız uşaqlara, yaşıdlarına kitab bağışlamaqdır.
Tədris vəsaitləri Şəki-Zaqatala Regional Təhsil İdarəsi nəzdində və Zaqatala rayonunda yerləşən ümumi tam təhsil məktəbləri, məktəbəqədər təhsil müəssisələri və icma əsaslı məktəbəqədər təhsil qrupları daxil olmaqla ümumilikdə 27 dövlət təhsil müəssisəsi arasında paylanıb.
Qeyd edək ki, 1460 tədris vəsaitindən ibarət kitab sovqatı “Kaspi nəşrləri” tərəfindən hazırlanıb. Xüsusən məktəbəqədər təhsil proqramı üçün nəzərdə tutulmuş vəsaitlərin çeşidlənməsi Kaspi Təhsil Şirkətinin və Proqress Klubun əməkdaşları tərəfindən həyata keçirilib. Progress Klubun Zaqatala rayonunda yaşayan üzvləri aksiyada böyük dəstək və fəallıq nümayiş etdiriblər.

Son xəbərlər
Son Xəbərlər