Bu təhsilalanlara təqaüd təyin ediləcək

bu-tehsilalanlara-teqaud-teyin-edilecek
Oxunma sayı: 8059

Dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsilalanlara təqaüd təyin ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (birinci oxunuş) əksini tapıb.

Deputatlar qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.