“Bu təkcə kürdlərə təsir etməyəcək” - İran XİN

bu-tekce-kurdlere-tesir-etmeyecek
Oxunma sayı: 725

“İraq Kürdüstanının müstəqillik haqqında referendumu ölkə və region üçün ağır nəticələrə səbəb olacaqdır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran XİN rəhbəri Məhəmməd Cavad Zərif söyləyib.

Nazir Nyu-Yorkda çıxış edən zaman referendumun yanlış seçim olduğunu bəyan edib.   

“Bu təkcə kürdlərə təsir etməyəcək. Hesab edirəm ki, bu, İraq və regionda təhlükəsizliyə katastrofik  təsir göstərəcək”,- deyə Cavad Zərif vurğulayıb.

Qeyd edək ki, İraqın şimalında yerləşən İraq Kürdüstanı muxtariyyətinin rəhbərliyi müstəqillik barədə dəfələrlə məsələ qaldırıb. Onlar sentyabrın 25-də İraqdan ayrılmaq haqqında referendum keçirəcəklərini elan ediblər.