“Qafqazinfo” xəbər verir ki, görüşdə iştirak edən fotorepartyor Mehman Hüseynov Facebook səhifəsində yazıb ki, universitet rəhbərliyinin çıxışlarından sonra sual-cavab olub. Tələbə xanımlardan biri – Rəhilə Kiçiyeva rektora şikayət edib: “Mən dərslərimi oxuyuram və hal hazırda 4-cü kursdayam. Tarix məllimi məni imtahandan kəsib və bildirib ki, pul verməsən qiymət yazmayacağam. Bu özbaşnalığa kim cavab verəcək?”.
Rektor Abel Məhərəmov şikayətə cavab olaraq deyib: “Bu tələbəni qeydə alın və bu gün onu məhkəməyə verin. Universitetə və müəllimə şər atmağına görə, məhkəmədə cəzalandırsın və hamıya dərs olsun”.
Son xəbərlər
Son Xəbərlər