Bu tərbiyəçilərin ödəniş dərəcələrinin azalması ilə bağlı açıqlama

bu-terbiyecilerin-odenis-derecelerinin-azalmasi-ile-bagli-aciqlama
Oxunma sayı: 1177

Məktəbəqədər təhsil müəssisələrinin ali təhsili qeyri-ixtisas olan tərbiyəçi-müəllimlərinin ödəniş dərəcələrinin azalması ilə əlaqədar müraciətlərinə baxılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Qafqazinfo"ya verilən məlumata görə, daxil olan müraciətlər araşdırılaraq həmin tərbiyəçilərin əmək haqqının ödəniş dərəcəsi bərpa edilib və onlar əvvəlki qaydada əmək haqqı almaqda davam edirlər.

Bununla yanaşı, növbəti mərhələdə müvafiq  tərbiyəçi-müəllimlərin əməyinin ödəniş dərəcəsinin “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun, “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın, əmək qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur.