Bu tərəvəz yaşlı insanlarda yüksək təzyiqin qarşısını alır

bu-terevez-yasli-insanlarda-yuksek-tezyiqin-qarsisini-alir
Oxunma sayı: 4956

“İspanaqda artıq mayeni çıxaran ksək konsentrasiyalı kalium var”.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu dietoloq Yelena Solomatina deyib.

O, “Moskva 24” telekanalına yaşlı insanlar üçün ispanaq yeməyin faydalarından danışıb.

Həkim bildirib ki, ispanaq maqnezium və kalium kimi ürək mikroelementlərinin zəngin mənbəyidir. Tərkibindəki kalium sayəsində yüksək təzyiqin qarşısını alır.

“Kalium artıq mayeni çıxarır və bununla da təzyiqin artmasının qarşısını alır. Maqnezium sinir sisteminin vəziyyətini yaxşılaşdırır, qıcıqlanmanı aradan qaldırır, sümük toxumasını gücləndirir”, - diyetoloq vurğulayıb.

Həkim əlavə edib ki, ispanaqda çoxlu miqdarda karotenoid var - bu antioksidantlar selikli toxumaların, eləcə də damar endotelinin qoruyucu funksiyalarını gücləndirməyə kömək edir, immunitet sisteminə və görmə orqanlarının vəziyyətinə müsbət təsir göstərir. Mütəxəssislərin fikrincə, yaşlı insanların ispanaqdan istifadə etməsi, o cümlədən onları korluqla təhdid edən katarakta xəstəliyinin qarşısının alınması üçün faydalıdır.

Bundan əlavə, ispanaqda sağlam sümüklər və normal qanın laxtalanma prosesləri üçün lazım olan K vitamini, həmçinin ürək və qan damarlarını gücləndirən E vitamini var.