6 mayda evlənməyə hazırlaşan Gamze Karaman və Nadim Keçeli toylarına sərvət xərcləyir.
“Qafqazinfo” xəbər verir ki, Türkiyəli gözəli ilə 4 ildir ki, sevgili olan iş adamı nikah üçün pul kisəsinin ağzını xeyli açıb. Venesiyada baş tutacaq toya 1 milyon yarım TL pul ödənilib.
250 nəfərin toya gəlməsi üçün 80 min avropa özəl təyyarə kirayələnib.
Qonaqların transfer xərcləri üçün isə əlavə 20 min avro ödəniş edilib. Bundan əlavə, 150 nəfər üçün oteldə iki gecəlik otaq tutulub.Bunun üçün isə 60 min avro ödəniş edilib.
Həmçinin, cütlük toydan sonra təşkil olunacaq şənliyə 15 min avro pul ödəyib. Gamze isə 74 min TL-yə gəlinlik alıb.




Son xəbərlər
Son Xəbərlər