“Bu, Trampın Putinə “hədiyyəsi”dir”

bu-trampin-putine-hediyyesidir
Oxunma sayı: 1943

“Prezident Donald Trampın “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsindən çıxması Rusiya dövlət başçısı Vladimir Putin üçün “hədiyyə”dir”.

“Qafqazinfo” “The Hill” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentliyinə eks-namizəd Hillari Klinton bildirib.

Klinton sabiq prezident Barak Obama administrasiyasının Rusiya ilə bu müqavilə əsasında “daha yaxşı işlər görmək” izində olduğunu söyləyib.

“Hazırda dünyanın ehtiyacı olduğu yalnız bir şey var. O da nüvə silahlanma yarışlarıdır”, - deyə Klinton sözlərinə əlavə edib.

Xatırladaq ki, ABŞ fevralın 2-də 1987-ci ildə Rusiya ilə imzaladığı “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsindən birtərəfli olaraq çıxıb. Rusiya isə buna cavab olaraq bir gün sonra sözügedən müqaviləni tərk edib.