“Mançester Siti”nin və Belçika millisinin yarımmüdafiəçisi Kevin De Brüyne 2024/25 mövsümünün təqvimini tənqid edib.
“Qafqazinfo” RTBF-yə istinadən xəbər verir ki, yarımmüdafiəçi klubların və milli komandaların iştirak etdiyi matçların çoxluğundan şikayətlənib:
“Mövsümlər uzanır. Ola bilsin ki, bu mövsüm yaxşı keçəcək, amma 2026-cı il dünya çempionatı ilə təqvim daha da çətinləşəcək. Futbolçularım Həmkarlar İtiifaqı həll yolları tapmağa çalışsalar da, heç nə dəyişmir. Bu, UEFA və FİFA-nın vecinə deyil. Onları pul maraqlandırır”.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada iyunun 11-dən iyulun 19-dək keçiriləcək.