Bu uşaq itkin düşüb - Foto

bu-usaq-itkin-dusub
Oxunma sayı: 1615

Şirvan sakini itkin düşüb.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Fəqan Cavadov martın 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Evdən çıxarkən əynində mavi rəngli cins şalvar, mavi rəngli gödəkcə və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.