“Rusiya və ABŞ strateji sabitlik məsələlərində həmfikirdirlər və birgə cəhdlərlə bu sahədəki böhranın öhdəsindən gəlməyə istəklidirlər”.
“Qafqazinfo” xəbər verir ki, bunu “National Interest” dərgisinə müsahibəsində Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.
“Bir çox məsələyə yanaşmadakı önəmli fərqliliklərə baxmayaraq, hər iki tərəf mütəmadi və konstruktiv bir dialoqa, eləcə də, ortaq mövqelər axtarmağa hazır olduqlarını ortaya qoydu. Bu, müsbət bir mesajdır.
İndiyədək bir neçə dəfə məsələhətləşmələr aparıldı, bu, vacib və ümidverici işarədir. Bu dialoqun gələcəkdə daha əhatəli olmasına ümid edirəm. Alternativ olaraq silah kontrol sistemlərinə yönəlmiş kibertəhdidləri müzakirə edə bilərik”, - səfir qeyd edib.
Son xəbərlər
Son Xəbərlər