Bu vasitələr yanvarın 1-dən gömrük rüsumundan azad edilir

Bu vasitələr yanvarın 1-dən gömrük rüsumundan azad edilir
Oxunma sayı: 7053

Milli Məclisin bu gün keçirilən iclasında “Gömrük tarifi haqqında” qanuna dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, dəyişikliklə təhsil fəaliyyəti ilə bağlı bir sıra vasitə gömrük rüsumundan azad edilir.

Layihədə təhsil fəaliyyəti ilə bağlı idxal edilən bir sıra avadanlığın, cihazların, qurğuların və digər vasitələrin gömrük rüsumundan azad edilməsi nəzərdə tutulub. Gömrük rüsumlarından azad edilən avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti ilə bağlı olan digər vasitələrin siyahısı müvafiq dövlət orqanı tərəfindən təsdiq ediləcək.

Qanuna təklif olunan dəyişikliklər 2023-cü il yanvarın 1-də qüvvəyə minəcək və 2 il ərzində tətbiq olunacaq.

Dəyişikliklər ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, bu müəssisələrdə təhsil alanların daha keyfiyyətli praktiki biliklər əldə etməsinə, bütövlükdə təhsilin mühüm pilləsi olan ümumi təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edir.

Məsələ səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub. 

Eldar Tanrıverdi