“Bu, Vətən Müharibəsidir” - Zelenski

bu-veten-muharibesidir
Oxunma sayı: 4192

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə davam etməkdə olan müharibəni Vətən Müharibəsi adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə xalqa müraciətində bildirib:

“Biz ukraynalılar üçün bu, Vətən Müharibəsidir. Bu cür müharibələrin necə başladığını xatırlayırıq. Və biz onların işğalçılar üçün necə bitdiyini bilirik. Hara getsələr, hər yerdə məhv olacaqlar. İşğalçılar ukraynalılardan cavab alacaqlar”.