“Qafqazinfo” xəbər verir ki, “Qarabağ” doğma meydanda “Bakı”nı 3:0 hesabı ilə məğlub edib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyundan sonra ev sahibi komandanın baş məşçisi Qurban Qurbanov qalibiyyəti belə şərh edib:
“Azərkeşlər üçün hardasa maraqlı oyun alındı. Çox qollar gördük. Komandamı təbrik edirəm. Qarşıda hələ ikinci oyunumuz da var. Qrafik çox sıxdı. Oyunçularda istər istəməz yorğunluq hiss olunur. Biz çalışırıq ki, hazırlığımızı yüksək səviyyədə saxlayaq. İbrahim Uzunca ilə oyundan sonra söhbət etdik. Bu vəziyyətdə oynamaq, çalışmaq çox çətindi. Amma buna baxmayaraq, həm məşqçi, həm gənc oyunçuları ürəklə işləyirlər. “Bakı”ya uğurlar arzulayıram”.
Elsevər
Son xəbərlər
Son Xəbərlər