“Qafqazinfo” xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında çıxış edən millət vəkili deyib ki, bu qurumların Azərbaycanda hər şeyə ikili standartla yanaşması nə qədər davam edəcəksə, bu təşkilatlara inam da daha da azalacaq. Özünün millət vəkili seçildiyi Tovuz rayonunun Ermənistanla ön cəbhədə Əlibəyli kəndində Ermənistanın atəşkəsi pozması nəticəsində 2 gündə iki mülki şəxs yaralandığını xatırladan Qənirə Paşayeva Ermənistanın bu cür çirkin əməllərinə beynəlxalq təşkilatların, özəlliklə münaqişənin tənzimlənməsində rol oynamaq missiyasını daşıyan ATƏT-in Minsk Qrupu həmsədrlərinin duyarsızlığını hər bir azərbaycanlının ciddi şəkildə narahat etdiyini deyərək baş verənləri bütün biganəliklərə baxmayaraq beynəlxalq təşkilatların və dünya ictimaiyyətin diqqətinə çatdırılacağını deyib. Deputat Tovuz rayonunda ermənilərin dinc insanları atəşə tutması haqqında danışaraq bunu həmin təşkilatların fəaliyyətinə misal çəkib: “Beynəlxalq təşkilatlar ayrı vaxtlar Azərbaycanda baş verən bir hadisəyə dərhal reaksiya verirlər amma Ermənistanın mülkü insanları hədəfə alaraq yaralaması, evlərini gülləyə tutmasına susurlar. Buradan bəyan edirəm ki, ATƏT və BMT, onların Azərbaycandakı ofisləri nə üçün Ermənistanın mülki vətəndaşları atəşə tutması, yaralaması ilə bağlı heç bir açıqlama vermədilər? Bunlar niyə ön cəbhə bölgəsində yaralanan mülki şəxslərə baş çəkmirlər? Nə üçün bununla bağlı öz kəskin mövqelərini ortaya qoymurlar”.
Q.Paşayeva mülkü sakinlərin beynəlxalq təşkilatlara istəklərini çatdırıb. Bu insanlar beynəlxaql təşkilatlardan, BMT və ATƏT-dən Ermənistanın işğalçı əməllərinə, insanlıqdan kənar addımlarına gözyummamağı, etiraz səslərini ucaltmalarını və işğalçıya təzyir etməyə çağırır.
Deputat Suriya ermənilərinin işğal altındakı Azərbaycan torpaqlarında yerləşdirilməsinə beynəlxalq qurumlarının etiraz etməməsindən də danışıb. Qənirə Paşayeva eyni zamanda Suriyadan qaçan ermənilərin Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda və işğal altında olan digər Azərbaycan torpaqlarında yerləşməsi məsələsinə diqqət çəkərək bildirib ki, beynəlxalq təşkilatlar beynəlxalq hüquq normalarına zidd hərəkətlərinə görə Ermənistana heç bir təzyiq göstərmir və bununla da Ermənistanı öz təcavüzkar, çirkin əməllərini davam etdirməsinin davam etməsinə yol açır. “Biz beynəlxalq təşkilatları özlərinin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində Ermənistana təzyiq etməyə, bu cür addımların davam etməməsi üçün rəsmi İrəvana ciddi təzyiq göstərməyə çağırırıq. Bu kimi addımlar onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirir”.
Son xəbərlər
Son Xəbərlər