“Bu video məni ağlatdı” - Türkiyədəki hadisədən yazdı

bu-video-meni-aglatdi
Oxunma sayı: 3665

Amerikalı müğənni Britni Spirs Türkiyədə uşaq bağçasında bir ananın oğluna etdiyi doğum günü sürprizindən duyğulanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram səhifəsində paylaşım edib.  

“Bu video məni ağlatdı. Balaca uşağın anasının əlləri ilə nə etdiyini izləyin!!! Həqiqətən kiçik bir kişi demək istəyirəm!”, - sözügedən hadisənin videosunu paylaşan Spirs yazıb.

Qeyd edək ki, həmin videoda qarşısında əlində tort tutan anasını görən uşağın təəccüblənməsi və gözlərinin dolması görünür. O, anasına sarılır və onun əllərini dəfələrlə öpür.