Bu villanı 8 milyona satır - Fotolar

bu-villani-8-milyona-satir
Oxunma sayı: 3327

Pakıstanın müvəqqəti Baş naziri və dünya bankının eks-prezident köməkçisi Moeen Qureshi Vaşinqtondakı evini satışa çıxarıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məşhur bankirin köşkü üçün müəyyən olunmuş qiymət 8 milyon dollardır. İki evin birləşməsindən ibarət olan köşkdə ümumi 11 yataq otağı və 10 hamam, geniş bağça və hovuz var. Yaşıllıqlar içindəki mənzilin dizaynında müasir və antik üslublardan istifadə olunub.

Qeyd edək ki, bankir Beynəlxalq Valyuta Fondunda da vacib vəzifələrdə işləyib.

Günel Hacı