“Futbolun xarakteri ayrıdır. Bu voleybol deyil”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Braziliya millisinin baş məşqçisi Tite deyib.
O, dünya çempionatının ¼ final mərhələsində Belçikaya uduzduqları oyundan danışıb. Tite rəqibin daha yaxşı oynadığını etiraf edib: “Bizim cəzalılarımız var idi və bu bir az çətinlik yaradırdı. Futbolda sadəcə oynamaqdan ibarət deyil. Belçika millisini müzakirə etməyəcəm. Qol vurdular və qalib gəldilər. Həmçinin rəqib əla qapıçıya sahibdir.
Kurtua bu gün bütün düşüncələri alt-üst etdi. 27 zərbə və 9-u təhlükəli. Bu qədər epizoddan qol çıxmadı. Belçika yarımfinala qaldı və təsirli komandadır. Şanslarını qola çevirməyi bacarır. Oyunun keyfiyyəti haqqında danışmaq üçün detalları almaq lazımdır. İndi danışmaq çətindir. Böyük bir oyun idi. Etibarlı müdafiəyə və yüksək texniki keyfiyyətlərə malik iki komanda oynayırdı. Mən acı hiss dirəm və danışmaqda çətinlik çəkirəm. Azarkeşlər yəqin ki, matçdan razı qaldılar. Burada etibarlı qapıçı oyunu, müxtəlif taktikalar və driblinqlər var idi.
Hakim haqqında heç nə demək istəmirəm. Amma Xesusun epizodu zamanı üzünü görmək istəyərdim".
Mütəxəssis komandadan gedəcəyi ilə bağlı verilən sualları da cavablayıb: “Bu barədə indi danışmaq olmaz. Hələ ki, bunun müzakirəsi zamanı deyil”.
Son xəbərlər
Son Xəbərlər