Bu xalqın gəlini belə bəzənir - - Fotolar

bu-xalqin-gelini-bele-bezenir-
Oxunma sayı: 2979


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cənub-Şərqi Avropada yaşayan pomaklar toydan əvvəl gəlinlərin üzünü heykəl kimi rəngləyirlər. Gəlin salonda yox evdə makyaj olunur. Əvvəlcə üz ağ boya ilə tamam rənglənir. Bir neçə qadının köməyi ilə qırmızı, yaşıl, mavi qaşlar ağ boyanın üstündən gəlinin üzünə, alnına, göz qapaqlarına düzülür, balaca çiçəklər qoyulur. 

Gəlin fatası da hər zaman gördüyümüz ağ rəngdə yox, qırmızı, çəhrayı və yaxud müxtəlif rəngli olur. Gəlinlər toy əsnasında daha çox gözü bağlı qalmağa çalışır. Kənd meydanına çıxarılan gəlin artıq toya hazır hesab olunur. Gəlinin cehizi toydan qabaq meydanda göstərişə çıxarılır. Xalçalar, əli işləri, qab-qacaq yol uzunu səliqə ilə düzülür və qonaqlara təqdim olunur.

Günel Hacı