Nazirlər Kabineti “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, sözügedən siyahıya Bona Dea Beynəlxalq Xəstəxanası əlavə olunub. Həmçinin, bu xəstəxana donor orqanlarının transplantasiyasını həyata keçirən ixtisaslaşmış tibb müəssisələri siyahısına əlavə olunub.
.png)
Son xəbərlər
Son Xəbərlər