Bu xəstəxanaya yeni baş həkim təyin olundu

bu-xestexanaya-yeni-bas-hekim-teyin-olundu
Oxunma sayı: 4246

M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub.

Bu barədə “Qafqazinfo”ya TƏBİB-dən məlumata verilib. 

Bildirilib ki, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmrilə Kərimov Nicat Məhərrəm oğlu direktorun müavini - baş həkim təyin edilib.

Qeyd edək ki, bundan əvvəl xəstəxananın baş həkimi Pərviz Hacıyev olub. 2020-ci ilin noyabrında həmin vəzifəyə təyin olunan P. Hacıyev ötən ay işindən ayrılıb. 

Gülnar Əliyeva