Bu xidmətlər icbari tibbi sığortaya daxil deyil

bu-xidmetler-icbari-tibbi-sigortaya-daxil-deyil
Oxunma sayı: 4145

“Bəzi xidmətlər icbari tibbi sığortaya daxil deyil. Bunlar dövlət proqramı çərçivəsində göstərilən xidmətlərdir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koordinatoru Nərgiz Hacıyeva bildirib.

Onun sözlərinə görə, həmin xidmətlərin siyahısına onkoloji  xidmətlər, QİÇS, hemofiliya, talassemiya, şəkərli diabet, süni mayalanma, kosmetik və plastik əməliyyatlar, o cümlədən orqan transplantasiyası daxildir.

Gülnar Əliyeva