“Bu xәtt yaralı yerimizdir…” - Məmmədov

bu-xtt-yarali-yerimizdir
Oxunma sayı: 867

Topaz Premyer Liqasının XXVI turunda “Xəzər Lənkəran” doğma azarkeşləri önündə “İnter”ə 1-0 hesabı ilə məğlub olub.

“Qafqazinfo” xəbər verir ki, maçtdan sonra mətbuat konfransında “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov fikirlərini bildirib:

“Baxımlı oyun alındı. Rəqibdən üstün futbol oynasaq da, qələbə qazanmağı bacarmadıq. Ən böyük problemimiz hücum xətti ilə bağlıdır. Hücum xətti ən yaralı yerimizdir. Sadəcə, tərübə çatışmır. Qol vəziyyətlərimiz olsa da, bunun öhdəsindən gələ bilmirik. ”