“Bu yaramazlıq və şeytan əməlidir” - Razi Nurullayev

bu-yaramazliq-ve-seytan-emelidir-
Oxunma sayı: 1645

Yeni yaradılmış AXCP Türkiyədə baş verən teror aktı ilə bağlı bəyanat yayıb.

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda bildirilir ki, ürkiyənin güclənməsindən qorxanlar dəfələrlə ona qarşı bəşər tarixinin ən ləyaqətsiz, ən alçaq yoluna, terrora əl atıblar: “Lakin bu şərəfsizliyi edənlər anlamırlar, yaxud anlamaq istəmirlər ki, Osmanlı İmperiyasının varisini, dünyanın üç qitəsində hökmranlıq etmiş bir ulusu məhv etmək mümkün olmaz. Türkiyə əyilməyəcək və sınmayacaq”.

Partiya sədri Razi Nurullayev isə törədilən terrorla bağlı deyib ki, bu həll yolu deyil: “O, böyük cinayət və cəhənnəmlik bir hərəkətdir. Allahın yaratdığı günahsız bəndələri partlatmaq yaramazlıq və şeytan əməlidir. Bu terroru ən şiddətli şəkildə pisləyir və bu dəhşətli terroru törədənləri və onların havadarlarını lənətləyirik”.

Partiya sədri türk xalqına başsağlığı verib.