Bu yaş qrupundan olan uşaqlar maska taxmalıdırlar

bu-yas-qrupundan-olan-usaqlar-maska-taxmalidirlar
Oxunma sayı: 5063

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNİCEF) koronavirusa qarşı tibbi maskadan istifadə ilə bağlı minimal yaş həddini açıqlayıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, təşkilatlar 5 yaşadək uşaqlardan maska taxmağı tələb etməməyi tövsiyə edib. 

“Bu, uşaqların təhlükəsizliyi və onların ümumi maraqlarına, eləcə də maskadan minimal yardımla lazımi qaydada istifadə etmək qabiliyyətinə əsaslanır”, - deyə məlumatda bildirilir.

6-11 yaş qrupundan olan uşaqlar isə olduqları yerdə virusun yayılma səviyyəsi və daşıdıqları risklərə görə maska taxmalıdırlar.

12 yaşdan yuxarı uşaqlar tibbi maskalardan istifadə etməlidir.