Bakıda bina yanır.
"Qafqazinfo" xəbər verir ki, Yasamal rayonunda məcburi köçkünlərin yaşadığı bina yanır.
***
Yasamalda yanan yataqxanada yanğının söndürülməsi ilə bağlı işlər davam etdirilir. Bu barədə Lent.az-a Yasamal rayon Dövlət Yanğından Mühafizə hissəsindən məlumat verilib. Bildirilib ki, ətraf rayonlardan hadisə yerinə xeyli texnika və canlı qüvvə cəlb edilib. Yanğın lokallaşdırılıb və onun tamamilə söndürülməsi istiqamətində iş aparılır.
Yanğının baş verən verməsinə təzə çəkilən işıq xətlərinin səbəb olduğu deyilir. Sakinlər bildirib ki, bu, yataqxanada baş verən 3-cü yanğındır.
***
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətin rəhbəri Liya Bayramova “Qafqazinfo”ya bildirib ki, yanğında yaralanan yoxdur: “İki nəfərin qorxudan halı pisləşib. Onlara da hadisə yerindəcə yardım göstərilib. Vəziyyətləri yaxşıdır”.
Foto: APA
Son xəbərlər
Son Xəbərlər