Bu yay çox isti olacaq

bu-yay-cox-isti-olacaq
Oxunma sayı: 2041


“Qafqazinfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev musavat.com-a açıqlamasında temperaturun iqlim normasına yaxın və normadan yuxarı olacağını dedi: “Ümumiyyətlə, Azərbaycanda yay aylarında isti günlər müşahidə olunur. Son dövrlərə nəzər salanda Azərbaycan ərazisində 1998, 2010, 2012-ci illərdə belə istilər müşahidə olunub. Xüsusən də 2010-cu ildə Azərbaycan ərazisində belə istilər müşahidə olundu. Yəni bu ilin yay dövründə ayrı-ayrı günlərdə, şübhəsiz ki, qısa müddət də olsa, həddən artıq istilər müşahidə olunacaq. Ancaq ümumi proqnoza əsasən, temperaturun iqlim normasına yaxın və normadan yuxarı olacağı gözlənilir. Yağıntının isə normaya yaxın və normadan aşağı olacağı gözlənilir”.