Bu yay da Azercell-lə daha yaxşı yaşayın!

bu-yay-da-azercell-le-daha-yaxsi-yasayin
Oxunma sayı: 2031



Bu yay da Azercell-lə daha yaxşı yaşayın!

İndi səfərdə olan həmvətənlərimiz  yaxınları ilə doyunca danışa bilərlər

Il ərzində 1 milyona  yaxın Azərbaycanlı Gürcüstana səfər edir. Özəlliklə yay aylarında azərbaycanlıların istirahət üçün üz tutduqları əsas ölkə qonşu Türkiyə və Gürcüstandır. 2012-ci ildə təkcə Gürcüstana 930 min azərbaycanlı səfər edib.  Bu ölkəyə səfər edənlərin sayının bu qədər çox olması Gürcüstanın həm yaxın qonşu ölkə olması, həm də zəngin tarixə, möhtəşəm memarlıq abidələrinə və gözəl təbiətə malik olması  ilə izah edilir. Ölkədə 300-ə qədər dağ, dəniz kənarı, balneoloji və palçıq kurortları mövcuddur. Gürcüstanın Turizm Milli Agentliyinin verdiyi məlumata əsasən, ölkəyə gələn turistlər ən çox Tiflisə səfər etməyi üstün tutur. Tiflis turist sayına (75% ) görə ölkənin digər regionları ilə müqayisədə liderlik edir. Bu həm də Tiflisin əsas kommunikasiya mərkəzi olması ilə izah edilir. Gürcüstanın digər bölgələrinə səfər edənlərin sayı isə belədir: Batumi – 44%, Msxeta – 18%, Кutaisi – 10%, Qori – 10%, Siqnaxi – 8%, Kazbeqi – 7% və s. Əgər 2008-ci ildə Gürcüstan 1,3 mln xarici turisti qəbul edirdisə, 2012-ci ildə bu say 3,5 dəfə artaraq, 4 mln 430 min nəfərə çatıb. Ekspertlərin araşdırmalara görə,  beynəlxalq standartlara əsasən, turist başqa ölkəyə səfər etdikdə orta hesabla 800 dollar xərcləyir. Bu rəqəmin üzərinə biletlərin də dəyərini gəlsək, vətəndaşlarıımız digər ölkədə istirahət zamanı təxminən 1500 dollar pul xərcləyir.  Eyni zamanda iqtisadçıların hesablamalarına görə, turistlər ən çox pulu yaxınlar ilə  əlaqə yaratmağa,yəni mobil danışıqlara ödəyirlər.  Amma artıq azərbaycanlı turistlər Azercell-in sayəsində mobil danışıq xərclərində inanılmaz endirimlər qazanırlar. Necə? Cox asan! Belə ki, Azercell Telekom yay mövsumu ilə əlaqədar xarici ölkələrə istirahət üçün üz tutanları nəzərə alaraq rouminq xidmətlərində endirimlər edib. Belə ki, mayın 21-dən etibarən Azercell-in abunəçiləri rouminq xidməti çərçivəsində Rusiya, Türkiyə, Gürcüstan və Almaniyada endirimli tariflərdən faydalana bilirlər. İndi "Azercell" abunəçiləri Rusiya, Türkiyə və Almaniyada olarkən bütün istiqamətlərə danışıqlar üçün cəmi 90 qəpik ödəyirlər. Gürcüstanda səfərdə olan Azercell abunəçilərin Azərbaycana və digər ölkələrə edilən zənglər zamanı danışıq haqqı 1 dəqiqə üçün 47 qəpik, mobil internet isə 1 MB 45 qəpik tarifi ilə hesablanır.  Məlumat üçün bildirək ki, Azercell-in daxil olduğu TeliaSonera ailəsinə aid bütün mobil operatorlar öz aralarında xüsusi endirimli tariflə danışırlar. Belə ki, TeliaSonera ailəsinə daxil olan 22 operator və o cümlədən Azercell rouminqlərdə 60 faizə qədər endirimlər tətbiq ediblər.  Konkret Gürcüstanda səfərdə olan zaman azərbaycanlılar bu ölkənin sevilən mobil operatoru olan GeoCell şirkətini seçməklə, endirimli rouminqən yararlana bilərlər. GeoCell hal-hazırda Gürcüstan ərazisinin 98 faizini əhatə edir və 130 ölkə ilə rouminq müqaviləsi var. Avropada tətbiq olunan ikinci və üçüncü nəsil texnologiyaların hamısı Gürcüstanda Geocell tərəfindən abunəçilərinə təqdim olunur. Gürcüstanda mobil internetin yayılma səviyyəsi kifayət qədər yüksəkdir. Bu sahədə də liderlik Geocell-ə məxsusdur. Mobil internetdən istifadə edən abunəçilərin 52,5 faizi bu mobil operatorun payına düşür.

Qeyd edək ki, yay mövsümü ilə əlaqədar Azercell Telekom əvvəllər rominq xidmətlərinin açılması üçün lazım olan depozit hesabını ləğv edib! 13 iyun- 31 avqust 2014-cü il tarixləri arası davam edəcək kampaniya çərçivəsində Azercell Fakturalı xətt abunəçiləri depozit məbləği ödəmədən müvafiq açar sözünü (START/STOP/STATUS) 8808 qısa nömrəsinə SMS göndərməklə rominq xidmətini aktivləşdirmək, deaktivləşdirmək və cari status haqqında məlumatı əldə edə bilərlər. Ən əsası isə odur ki, Azercell-lilər bir çox ölkələrdə olarkən çox sərfəli qiymətlə danışa bilirlər. Belə ki, dünyanın 14 ölkəsinə səyahət edən Azercell abunəçiləri rouminq zamanı Azərbaycan və digər ölkələrlə cəmi 50 qəpiyə danışırlar. Bu qiymət Danimarka,  Estoniya, Finlandiya, Qazaxıstan, Latviya, Litva, Moldova,  Norveç, Gürcüstan, , İspaniya, İsveç, Tacikistan,  və Özbəkistan üçün tətbiq edilir. Bu ölkələrdə yerli   zənglərin dəqiqəsi 25 qəpikdir. Müqayisə üçün qeyd edək ki, bu ölkədə təklif olunanrouminq qiymətlərindən demək olar 4 dəfə ucuzdur..  


                                                               Yerli   Azərb.   Digər ölk.  sms   data

Estonia

AS EMT

0.25

0.50

0.50

0.09

0.45

Georgia

Geocell

0.25

0.47

0.50

0.09

0.45

Kazakhstan

Kcell

0.25

0.50

0.50

0.09

0.45

Latvia

“LMT Latvia”

0.25

0.50

0.50

0.09

0.45

Moldova

“MoldCell”

0.25

0.50

0.50

0.09

0.45

Norway

“Netcom Norway”

0.25

0.50

0.50

0.09

0.45

Litva

“Omnitel Lithuania”

0.25

0.50

0.50

0.09

0.45

Finland

“Sonera Corporation Finland”

0.25

0.50

0.50

0.09

0.45

Tadjikistan

“Tcell”

0.25

0.50

0.50

0.09

0.45

Denmark

“Telia Denmark”

0.25

0.50

0.50

0.09

0.45

Sweden

“Telia Mobile AB Sweden”

0.25

0.50

0.50

0.09

0.45

Spasin

“Xfera”

0.25

0.50

0.50

0.09

0.45

Uzbekistan

“Ucell”

0.25

0.50

0.50

0.09

0.45

Nepal

“Ncell”

0.25

0.75

0.75

0.09

0.45

 Eyni zamanda onu da bildirək ki, "Azercell Telekom" 1 yanvar 2014-cü il tarixindən etibarən beynəlxalq zənglər üçün vahid və əhəmiyyətli dərəcədə aşağı olan yeni tarif tətbiq edib. İndi "Azercell" abunəçiləri bütün beynəlxalq zənglərə görə cəmi 32 qəpik ödəyirlər.Eyni zamanda, şənbə, bazar və bayram günlərində (gün ərzində) və istənilən gün saat 00:00-dan 08:00-a qədər edilən beynəlxalq zənglərə əlavə 25% endirim tətbiq olunur. Bu müddət ərzində abunəçilər beynəlxalq zənglərin bir dəqiqəsinə yalnız 24 qəpik ödəməklə Azercell-in verdiyi bu üstünlükdən yararlana bilərlər. Bu xidmət zamanı Azercell-lilər yalnız saniyə hesabı danışıq haqqını ödəyirlər. Yəni Azercell-in sayəsində səfərdə olan zaman həm siz, həm də yaxınlarınız sizinlə rahat ünsiyyət qura biləcəklər. Fəaliyyətə başladığı gündən hər zaman müştəri məmnuniyyətini üstün tutan və abunəçilərinin rahatlığını düşünən Azercell bu gün də ənənəsinə sadiqdir. Bu yay da abunəçiləri Azercell-lə daha yaxşı yaşayacaqlar!