Bu yay təhsil sistemində iki yenilik olacaq - Nazir açıqladı

bu-yay-tehsil-sisteminde-iki-yenilik-olacaq
Oxunma sayı: 7035

“Yay aylarından – təxminən iyul ayından başlayaraq bağçalara uşaq qəbulunun elektronlaşdırılması, mərkəzləşdirilməsi və insan faktorunun minimuma endirilməsini təmin edə biləcəyik”.

“Qafqazinfo” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “ASAN Radio”da yayımlanan “QəbuldASAN” verilişində deyib.

Nazir bildirib ki, tərbiyəçilərin işə qəbulu ilk dəfə olaraq mərkəzləşmiş qaydada aparılacaq:

“Bu iki məsələ Azərbaycan təhsil sistemində ilk olacaq”.